Cənubi Koreya sahillərində Rusiya gəmisi yanıb, itkin düşənlər var

Tokio, 21 aprel , /AJMEDIA/

Cənubi Koreyanın Ulsan şəhəri sahillərində Rusiyaya məxsus balıqçı gəmisi yanıb, 4 nəfər itkin düşüb.
AJMEDIA xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Məlumata görə, sahildən təxminən 300 kilometr aralıda 769 ton yerdəyişmə qabiliyyətinə malik, göyərtəsində 100 tona yaxın balıq olan gəmi alovlanıb. Ekipaj qəza siqnalı verib, xilasedicilər əraziyə göndərilib.
Gəmidə 25 nəfər olub. Hadisə nəticəsində 21 nəfər xilas edilib, 2 nəfər isə yüngül xəsarət alıb. İtkin düşən dənizçilərin axtarışları davam edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts