Bu il Türkiyənin Rusiyaya tekstil ixracı 90 milyon dollara çatıb

Tokio, 10 aprel , /AJMEDIA/

2024-cü ilin yanvar-mart aylarında Türkiyənin Rusiyaya tekstil və tekstil üçün xammal ixracı 2023-cü ilin eyni ayı ilə müqayisədə 19,8 faiz azalaraq, 86,2 milyon dollara bərabər olub.

AJMEDIA-nın TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“2024-cü ilin mart ayında Türkiyə Rusiyaya 26 milyon dollar məbləğində tekstil və tekstil üçün xammal ixrac edib ki, bu da ötən ilin eyni dövri ilə müqayisədə 34,2 faiz azdır”, – deyə nazirlikdən vurğulanıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-mart aylarında Türkiyənin tekstil və tekstil üçün xammal ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz azalaraq 2,4 milyard dollara bərabər olub.

Bu ilin mart ayında Türkiyə 818 milyon dollar məbləğində tekstil və tekstil üçün xammal ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 9,1 faiz azdır.

Qeyd olunub ki , son 12 ay ərzində (mart 2023-mart 2024) Türkiyə 10,7 milyard dollar məbləğində tekstil və tekstil üçün xammal ixrac edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts