Bu gün UEFA Millətlər Liqasının final görüşü keçiriləcək

Tokio, 10 Oktyabr, /AJMEDIA/

Oktyabrın 10-da UEFA Millətlər Liqasının qalibi müəyyənləşəcək.

AJMEDIA xəbər verir ki, final mərhələsinin həlledici oyununda İspaniya və Fransa yığmaları üz-üzə gələcək.

Milan şəhərindəki “San-Siro” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Matçı ingiltərəli Entoni Teylor idarə edəcək.

İspaniya yarımfinalda İtaliyanı 2:1, Fransa Belçikanı 3:2 hesabı ilə üstələyib.

İtaliya və Belçika komandaları arasındakı üçüncü yer uğrunda qarşılaşma isə daha tez – Bakı vaxtı ilə saat 17:00-da start götürəcək. Bu oyun Turindəki “Alianz” stadionunda gerçəkləşəcək.

Qeyd edək ki, ikinci dəfə təşkil olunan “Dördlər finalı”nda ilk qalib Portuqaliya millisi olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts