Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin növbəti qarşılaşmaları keçiriləcək

Tokio, 17 avqust , /AJMEDIA/

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin növbəti oyunları keçiriləcək.
AJMEDIA xəbər verir ki, bu mərhələnin ikinci oyun günündə üç qarşılaşma olacaq.
Azərbaycan çempionu “Qarabağ” Bakıda Çexiyanın “Viktoriya Plzen” komandasını qəbul edəcək.
Xatırladaq ki, pley-off turunun ilk matçları avqustun 17-də, cavab qarşılaşmaları isə avqustun 24-də təşkil olunacaq.
Bu turu adlayan komandalar mübarizəni UEFA Çempionlar Liqasının qrup mərhələsində davam etdirəcək. Məğlubiyyətə uğrayan klublar isə UEFA Avropa Liqasının qrup oyunlarına qatılacaq.
Pley-off mərhələsinin növbəti matçlarının proqramını təqdim edirik:

17 avqust
20.45 “Qarabağ” (Azərbaycan) – Viktoriya Plzen (Çexiya)
23.00 Makkabi Hayfa (İsrail) – Srvena zvezda (Serbiya)
23.00 Dinamo Kiyev (Ukrayna) – Benfika (Portuqaliya)

Follow us on social

Facebook Twitter Youtube

Related Posts