Bu gün mundialın ilk finalçısı məlum olacaq

Tokio, 13 dekabr , /AJMEDIA/

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında bu gün yarımfinal mərhələsinə start veriləcək.

AJMEDIA xəbər verir ki, ilk yarımfinal oyununda Xorvatiya və Argentina milli komandaları üz-üzə gələcəklər. Bununla da mundialda ilk finalçı məlum olacaq.

“Lusail” stadionunda oynanılacaq matçı italiyalı FIFA referisi Daniele Orsato idarə edəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, dekabrın 9-da dünya çempionatının dörddəbir final mərhələsində Xorvatiya millisi Braziliyanı, Argentina seçməsi isə Niderlandı mübarizədən kənarlaşdırıb.
Xatırladaq ki, 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının qrup mərhələsinin ikinci turunda Xorvatiya və Argentina milliləri üz-üzə gəlib. Matçda xorvatlar rəqibini 3:0 hesabı ilə məğlub ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts