Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura start veriləcək

Tokio, 2 aprel , /AJMEDIA/

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura start veriləcək.

AJMEDIA xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək. Turun açılış matçında “Qarabağ” klubu “Azersun Arena”da “Səbail” komandasını qəbul edəcək. Hazırda bir oyun az keçirən Ağdam klubu 46 xalla turnir cədvəlinə başçılıq edir. On bir xalı olan paytaxt təmsilçisi isə sonuncu – səkkizinci pillədə qərarlaşıb.

Komandalar indiyədək ölkə çempionatında 17 dəfə üz-üzə gəliblər. Bunların 13-də “köhlən atlar”, ikisində “Səbail” komandası qələbə qazanı. İki qarşılaşma isə heç-heçə ilə başa çatıb. Topların nisbəti də Qurban Qurbanovun baş məşqçi olduğu kollektivin xeyrinədir – 30:6.

“Qarabağ” texniki nəticə nəzərə alınmasa, bütün ev oyunlarında qalib gəlib. “Səbail” səfərdə qol vura bilməyib.

Günün digər matçı Sumqayıtdakı “Kapital Bank Arena”da yerli komanda ilə “Sabah” arasında olacaq. Meydan sahibləri 19 oyundan sonra 14 xalla yeddinci pillədə qərarlaşıb. 26 xalı olan qonaqlar isə beşincidir.

İki komanda arasında əvvəlki 13 Premyer Liqa matçında “gənclik şəhəri” təmsilçisi 6, paytaxt klubu 5 dəfə qalib gəlib. İki görüşdə bərabərlik qeyd alınıb. Bu qarşılaşmalarda “Sumqayıt” 17, “Sabah” isə 15 qol vurub. Son səkkiz oyunda iki və ya daha çox qol vurulub. “Sumqayıt”ın meydanındakı son iki matçda 2:0 hesabı qeydə alınıb.

Bu, həm də Premyer Liqadakı iki əcnəbi baş məşqçi – Aleysey Baqa və Murad Musayevin ilk görüşü olacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts