Bu gün Bakıda batut gimnastikası üzrə dünya çempionatı start götürəcək

Tokio, 18 Noyabr, /AJMEDIA/

Bu gün Bakıda batut gimnastikası üzrə dünya çempionatı start götürəcək.

AJMEDIA xəbər verir ki, ölkəmizdə bu növ üzrə daha əvvəl Avropa çempionatı və çoxsaylı dünya kubokları keçirilsə də, paytaxtımız havada pərvazlanan dünya ulduzlarını ilk dəfə belə bir irimiqyaslı yarışda Milli Gimnastika Arenasına toplayacaq.

İlkin qeydiyyat siyahısına əsasən, yarışda 33 ölkədən 300-dək gimnast iştirak edəcək. Dörd gün davam edəcək çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər. Bundan əlavə, komanda hesabında qaliblər müəyyənləşəcək.

Yarışların ilkin cədvəlinə əsasən, ilk iki gün təsnifat, sonuncu iki gün isə finallar keçiriləcək. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.

Çempionatda hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts