Bu gün Azərbaycan Premyer Liqasında XII turun daha 2 oyunu keçiriləcək

Tokio, 29 sentyabr , /AJMEDIA/

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha 2 oyunu keçiriləcək.
AJMEDIA xəbər verir ki, günün ilk matçı Gəncədə “Kəpəz” və “Səbail” komandaları arasında oynanılacaq. Hesabında 5 xal olan “Kəpəz” turnir cədvəlində səkkizinci, “Səbail” isə 10 xalla 7-cidir.
Digər matçda isə “Zirə” komandası “Neftçi”ni qəbul edəcək. Oyunu FIFA referisi Əliyar Ağayev idarə edəcək. “Neftçi” 22 xalla turnir cədvəlində üçüncü, “Zirə” isə 19 xalla dördüncü pillədə yer alıblar.
Turun ilk oyununda “Turan Tovuz” doğma meydanda “Sumqayıt”ı minimal hesabla məğlub edib – 1:0.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts