Böyük Britaniyanın Sutton şəhərində baş verən yanğında 4 azyaşlı uşaq həyatını itirib

Tokio, 18 dekabr, /AJMEDIA/

Böyük Britaniyanın Sutton şəhərində baş verən yanğın zamanı 4 uşaq həyatını itirib.

AJMEDIA xəbər verir ki, Londonun cənubundakı Sutton şəhərində evdə naməlum səbəbdən yanğın baş verib. Hadisə yerinə təcili yardım və 60 yanğınsöndürən cəlb olunub. Evdə olan 4 azyaşlı uşağa hadisə yerində ilkin tibbi yardım göstərilib, lakin xəstəxanaya aparılan uşaqları bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.

London Yanğınsöndürmə Briqadasının komissarı Endi Roe bildirib ki, yanğın saatlar sonra nəzarət altına alınıb. Polis yanğının səbəbləri ilə bağlı araşdırma aparır. Uşaqların baxıcısı olan 27 yaşlı qadın şübhəli bilinərək həbs edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts