Bolqarıstanda parlament seçkilərində 20 partiya iştirak edəcək

Tokio, 17 avqust , /AJMEDIA/

Bolqarıstanda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak üçün 20 partiya və 1 koalisiya ərizə verib.
AJMEDIA Bolqarıstan Mərkəzi Seçki Komissiyasının məlumatına istinadən xəbər verir ki, ümumi səsvermədə iştirak etməyə iddialılar arasında “Belə bir xalq var”, “Bolqar Milli Birliyi”, “Bolqarıstan Sosial Demokratiyası”, “Vozrojdenie” və sair siyasi strukturlar var.
Seçkiqabağı koalisiyaya daxil olan partiyalara “GERB-SDS”, “Demokratik Bolqarıstan”, BSP, “Biz Dəyişiklikləri Davam edirik”, “Qalx Bolqarıstan və Ədalətli Bolqarıstan” daxildir .
Bolqarıstan Xalq Məclisinə (Parlament) seçkilər bu il oktyabrın 2-də keçiriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts