BMT-nin baş katibi beynəlxalq ictimaiyyəti ikili standartlardan çəkinməyə çağırıb

Tokio, 21 mart , /AJMEDIA/

Beynəlxalq ictimaiyyət Ukrayna və Qəzza zolağındakı münaqişələrdə BMT Nizamnaməsinə və beynəlxalq humanitar hüquqa uyğun olan prinsiplərə əməl etməli, ikili standartlardan çəkinməlidir.

AJMEDIA xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş Aİ-nin Brüsseldə keçirilən sammitinə gələrkən deyib.

“HƏMAS-ın 7 oktyabr (2023-cü il – red.) terror aktını pislədiyimiz kimi, indi gördüklərimizi də pisləyirik: Qəzzada misli görünməmiş sayda qurbanlar var. Biz həm Ukraynada, həm də Qəzzada ikili standartlar olmadan prinsiplərə əməl etməliyik”, – deyə o əlavə edib.

Quterreş, həmçinin qlobal çağırışlar üzrə BMT ilə sıx əməkdaşlığa görə Aİ-yə təşəkkür edib.

Aİ-nin dövlət və hökumət başçılarının iki günlük görüşünün əsas mövzusu Ukrayna və Yaxın Şərqdəki münaqişələr olacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts