Blinken: Türkiyədə baş verən zəlzələnin fəsadlarını yerində görmək çox üzücüdür

Tokio, 19 fevral , /AJMEDIA/

Türkiyədə baş verən zəlzələnin fəsadlarını yerində görmək çox üzücüdür.
AJMEDIA xəbər verir ki, bunu ABŞ-ın Dövlət katibi Antoni Blinken bu gün Türkiyəyə səfəri çərçivəsində Hatay şəhərindəki dağıntıları helikopterlə izlədikdən sonra tvitter hesabında yazıb.
O bildirib ki, ABŞ xilasetmə və yardım səyləri üçün əlindən gələni etməkdə qərarlıdır.
Blinkeni Türkiyəyə səfər zamanı xarici işlər naziri Mövlud Çavuşoğlu qarşılayıb. Çavuşoğlu və Blinken daha sonra helikopterlə dəhşətli zəlzələnin zərər vurduğu Hatay şəhərində dağıntıları izləyiblər.
Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan edilib.
Son məlumata görə, zəlzələ nəticəsində ölənlərin sayı 40 min 689-a çatıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts