Belarus Aİ ölkələrini, ABŞ-ı və daha 11 dövləti dost olmayan ölkələr siyahısına salıb

Tokio, 8 aprel , /AJMEDIA/

Belarus hökuməti dost olmayan ölkələrin siyahısını təsdiqləyib. Nazirlər Şurasının müvafiq qərarı aprelin 8-də Milli Hüquq İnternet Portalında dərc olunub.

AJMEDIA xəbər verir ki, Minskə dost olmayan ölkələrin siyahısına Avropa İttifaqı üzvlərindən başqa, daha 12 dövlət – ABŞ, Böyük Britaniya, Avstraliya, Kanada, Norveç, Yeni Zelandiya, Albaniya, İslandiya, Şimali Makedoniya, Lixtenşteyn, Monteneqro və İsveçrə daxil edilib.

Qərar rəsmi dərc edildiyi gündən – aprelin 8-dən etibarən qüvvəyə minir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts