Bayram günlərində bölgələrdə hava necə olacaq?

Tokio, 19 mart , /AJMEDIA/

Bayram günlərində – martın 20-dən 24-dək bölgələrdə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AJMEDIA-ya verilən məlumata görə, Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Martın 24-ü gündüz yağıntılar tədricən kəsiləcək. Qərb küləyi əsəcək, sürəti saniyədə 5-10, arabir 15 metr olacaq. Havanın temperaturunun gecə 0-5° gündüz 6-11° isti olacağı proqnozlaşdırılır.

Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Martın 24-də gündüz yağıntılar tədricən kəsiləcək. Qərb küləyi əsəcək, sürəti saniyədə 5-10, arabir 15 metr təşkil edəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacağı bildirilir.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Martın 24-ü gündüz yağıntılar tədricən kəsiləcək. Qərb küləyi əsəcək, sürəti saniyədə 5-10, arabir 15 metr olacaq. Havanın temperaturunun gecə 0-4°, dağlıq ərazilərdə 5°-dək şaxta, gündüz 3-8° isti olacağı ehtimal edilir.

Gəncə şəhərində, Qazax, Samux, Goranboy, Tərtər, Füzuli rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Martın 20-si və 21-i gündüz saatlarında yağıntıda fasilə yaranacaq. Qərb küləyi əsəcək, sürəti saniyədə 5-10, arabir 15 metr olacaq. Havanın temperaturunun gecə 0-5°, gündüz 8-13° isti olacağı ehtimalı var.

Mingəçevir şəhərində, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Ağdaş, Şamaxı rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Martın 20-si və 21-i gündüz saatlarında yağıntıda fasilə yaranacaq. Qərb küləyi əsəcək, sürəti saniyədə 5-10, arabir 15 metr olacaq. Havanın temperaturunun gecə 0-5°, gündüz 5-10° isti olacağı gözlənilir.

Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Martın 20-si və 21-i gündüz saatlarında yağıntıda fasilə yaranacaq. Qərb küləyi əsəcək, sürəti saniyədə 5-10, arabir 15 metr olacaq. Havanın temperaturunun gecə 2°şaxtdan 3°-dək isti, gündüz 3-7° isti olacağı proqnozlaşdırılır.

Şirvan şəhərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Saatlı, Göyçay, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Martın 21-i gündüz saatlarında yağıntıda fasilə yaranacaq. Qərb küləyi əsəcək, sürəti saniyədə 5-10, arabir 15 metr təşkil edəcək. Havanın temperaturu gecə 2-7°, gündüz 8-13° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Martın 21-i gündüz yağıntıda fasilə olacaq. Qərb küləyi əsəcək, sürəti saniyədə 5-10, arabir 15 metr olacaq. Havanın temperaturunun gecə 4-7°, gündüz 7-12° isti olacağı ehtimal edilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts