“Barselona” İspaniya çempionatında “Atletiko”ya qalib gəlib

Tokio, 23 aprel , /AJMEDIA/

Futbol üzrə İspaniya çempionatının lideri “Barselona” 30-cu turun matçında evdə “Atletiko” ilə qarşılaşıb.
AJMEDIA xəbər verir ki, Barselonadakı “Kamp Nou” stadionunda keçirilən görüş Kataloniya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu 44-cü dəqiqədə “Barselona”nın hücumçusu Ferran Torres vurub.
Beləliklə, “Barselona” 30 matçda 76 xal toplayaraq İspaniya çempionatının turnir cədvəlinə başçılıq etməkdə davam edir. “Atletiko” 60 xalla ilk üçlükdə qərarlaşıb. “Real Madrid” 65 xalla ikincidir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts