Bakıda keçirilən bədii gimnastika üzrə birinci “Ocaq” beynəlxalq kuboku yarışı sona yaxınlaşır

Tokio, 27 noyabr , /AJMEDIA/

Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə birinci “Ocaq” beynəlxalq kuboku yarışı sona yaxınlaşır.
AJMEDIA xəbər ki, turnirin sonuncu günündə 2010-cu il təvəllüdlü gimnastlar alətlərlə güclərini nümayiş etdirirlər.
Gün ərzində gənclər yaş kateqoriyasında olan gimnastlar gürzlər və lentlə öz aralarında güclünü müəyyənləşdirəcəklər.
Turnir 2010-2011-ci, 2012-2014-cü və 2015-2016-cı il təvəllüdlü qrup hərəkətləri komandalarının mübarizəsi ilə yekunlaşacaq.
Qeyd edək ki, birinci “Ocaq” beynəlxalq kuboku yarışında 13 ölkədən 2007-2016-cı il təvəllüdlü 317 gimnast həm fərdi, həm də qrup hərəkətlərində güclərini sınayırlar. Yarışda ölkəmizi 200 gimnast təmsil edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts