Bakıda Braziliya batutçularına ənənəvi “AGF Trophy” kuboku təqdim edilib

Tokio, 19 fevral , /AJMEDIA/

Bakıda keçirilən batut gimnastikası üzrə dünya kuboku yarışlarında ən yüksək icra xalını toplamış idmançılara ənənəvi “AGF Trophy” kuboku təqdim edilib.
AJMEDIA xəbər verir ki, kubok Braziliya gimnastları Rayan Dutra və Alise Qomesə verilib.
Turnirdə Azərbaycanla yanaşı, 15 ölkədən 62 gimnast fərdi və sinxron proqramda mübarizə aparır.
Batut gimnastikası Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayıb. Bu növ üzrə dünya kuboku yarışı Bakıda artıq altıncı dəfədir təşkil olunur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts