Bakı həndbol üzrə Avropa çempionatının təsnifat turnirinə ev sahibliyi edəcək

Tokio, 6 yanvar , /AJMEDIA/

Kişi həndbolçular arasında 2026-cı ildə keçiriləcək Avropa çempionatının təsnifat turnirinə Bakı ev sahibliyi edəcək.
Azərbaycan Həndbol Federasiyasından AJMEDIA-ya bildiriblər ki, təsnifat turnirində millimiz ilə yanaşı, Böyük Britaniya, Kipr və Malta yığmaları da mübarizə aparacaqlar.
Millimiz ilk oyununu yanvarın 13-də Malta seçməsinə qarşı keçirəcək. Həndbolçularımız ertəsi gün Böyük Britaniya, ayın 15-də isə Kipr yığmaları ilə güclərini sınayacaqlar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts