Bəsitçay qoruğundakı qədim Şərq çinarlarının təxminən yarısı ermənilər tərəfindən kəsilib

Tokio, 22 Sentyabr, /AJMEDIA/

Otuz ilə yaxın işğal altında qalmış Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi sahəsi 43 min hektar olan və xüsusi mühafizə edilən 6 təbiət qoruğu ərazisində 6800 hektar meşə örtüyü ermənilər tərəfindən tamamilə məhv edilib, biomüxtəlifliyə ciddi zərər vurulub.

AJMEDIA xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov ADA Universitetində “Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarında ətraf mühitin və təbii sərvətlərin vəziyyəti” mövzusunda keçirilən brifinqdə Ermənistanın azad edilmiş ərazilərimizdə apardığı ekosid barədə çıxışında deyib.

Vüqar Kərimov qeyd edib ki, Zəngilan rayonu ərazisində Şərq çinarının azsaylı təbii areallarından biri və ən böyüyü olan Bəsitçay meşəliyi 1974-cü ildə dövlət mühafizəsinə götürülərək həmin ərazidə Bəsitçay Dövlət Təbiət Qoruğu yaradılıb. Təəssüf ki, Ermənistanın ekosidi nəticəsində belə qiymətli qoruğun təxminən yarısına qədər hissəsində qədim Şərq çinarları kəsilərək məhv edilib.

Son 30 ilə yaxın dövrdə Ermənistanın Azərbaycan torpaqlarında həyata keçirdiyi vandalizm nəticəsində respublikamızın xüsusi mühafizə olunan Qaragöl Dövlət Təbiət Qoruğunun mühafizə zonası da ekoloji cəhətdən gərgin vəziyyətə salınıb, göldən təsərrüfat və digər məqsədlər üçün intensiv istifadə olunması suyun səviyyəsinin aşağı düşməsi və bioloji ehtiyatların kəskin azalması ilə nəticələnib.

Aparılan tədqiqatlarla göldə qorunan qızılxallı balıq populyasiyasının demək olar məhv edilməsindən təəssüfləndiyini deyən nazir müavini aparılan monitorinqlər nəticəsində həmin ərazilərdə bioloji müxtəlifliyin məhv edildiyi, meşələrin, su obyektlərinin, təbii ehtiyatların amansızcasına talan olunduğu aşkarlanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts