Azərbaycan voleybolçusu Çin klubu ilə müqavilə imzalayıb

Tokio, 28 dekabr , /AJMEDIA/

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Odina Əliyevanın yeni klubu bəlli olub.
AJMEDIA xəbər verir ki, hücumçu karyerasını Çində davam etdirəcək.
O, “Şenzen Jonqsay”la müqavilə imzalayıb. Voleybolçu 2022-2023 mövsümünün sonunadək bu klubda çıxış edəcək.
Voleybolçumuz mövsümə Filippində başlayıb. O, 2022-ci ilin ikinci yarısını “Çoko Muço Flinq Titans”da keçirib.
Qeyd edək ki, 2015-2016-cı il mövsümündə “Azərreyl”də çıxış edən O.Əliyeva həmin vaxtdan sonra ölkə xaricində legioner həyatı yaşayır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts