Azərbaycan Premyer Liqasının V turuna “Kəpəz” – “Qarabağ” oyunu ilə start veriləcək

Tokio, 1 sentyabr , /AJMEDIA/

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının V turuna start veriləcək.
AJMEDIA xəbər verir ki, turun açılış matçı Gəncənin “Kəpəz” və Ağdamın “Qarabağ” komandaları arasında olacaq.
Qəbələ şəhər stadionunda təşkil ediləcək qarşılaşma saat 19:00-da start götürəcək.
Ağdam təmsilçisi ardıcıl yeddi qələbə qazanıb. Gəncə komandası isə son dörd görüşdə qol vurmayıb.
Rəqiblərindən bir oyun az keçirən “Qarabağ” hazırda doqquz xalla ikinci pillədə qərarlaşıb. Dörd görüşdə məğlub olan “Kəpəz” sonuncu – 10-cu pillədədir.
Hər iki komanda indiyədək ölkə çempionatlarında 49 dəfə üz-üzə gəlib. Bunların 26-da Ağdam klubu, 14-də meydan sahibləri qalib gəliblər. Doqquz oyun heç-heçə yekunlaşıb.
Görüşün baş hakimi Əliyar Ağayev olacaq.
Turun digər görüşləri sentyabrın 3-də və 4-də keçiriləcək.
Sentyabrın 3-də “Şamaxı” doğma meydanda “Turan Tovuz”u qəbul edəcək. Şamaxı şəhər stadionundakı görüş saat 16:00-da başlayacaq. Eyni gün baş tutacaq digər oyunda “Neftçi” klubu “Sumqayıt”la üz-üzə gələcək. Matçın startı “Bakcell Arena”da saat 20:30-da veriləcək.
Sentyabrın 4-də isə “Bank Respublika Arena”da saat 18:00-da “Sabah”-“Səbail” oyunu keçiriləcək. Həmin gün “Zirə” komandası “Qəbələ” ilə görüşəcək. Zirə İdman Kompleksinin stadionundakı oyuna saat 20:30-da start veriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts