Azərbaycan Premyer Liqasında mövsümün ilk hissəsinə yekun vurulub

Tokio, 25 dekabr , /AJMEDIA/

Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün ilk hissəsinə yekun vurulub.
AJMEDIA xəbər verir ki, ilin və XVIII turun sonuncu oyununda “Zirə” klubu “Kəpəz”i qəbul edib.
Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. “Zirə”nin heyətində Rəhim Sadıxov və Sertan Taşkın fərqləniblər. Gəncə təmsilçisinin qollarını isə Fərid Nəbiyev və Nicat Süleymanov vurublar.
Matçda 4 qırmızı vərəqə də göstərilib. 18-ci dəqiqədə “Zirə”dən Coşqun Diniyev, 4 dəqiqə sonra onun komanda yoldaşı Nemanya Ancelkoviç meydandan qovulub. 57-ci dəqiqədə “Kəpəz”in heyətində Elçin Əlicanov, 90+1-ci dəqiqədə isə Giorgi Kantariya eyni halla üzləşib.
Qeyd edək ki, turun əvvəlki matçlarında “Neftçi” evdə “Şamaxı”nı 3:0, “Sabah” səfərdə “Sumqayıt”ı 6:0, “Qarabağ” “Səbail”i 3:0 hesabı ilə məğlub edib, “Qəbələ” isə öz meydanında “Turan Tovuz”la qolsuz sülhə razılaşıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts