Azərbaycan parataekvondoçusu Qran-Pri turnirində gümüş medal qazanıb

Tokio, 7 iyun , /AJMEDIA/

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Qran-Pri turnirində Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov (K-44, 70 kq) gümüş medal qazanıb.
AJMEDIA xəbər verir ki, idmançımız Türkiyə və Monqolustan təmsilçilərinə qalib gələrək finala yüksəlsə də, həlledici mərhələdə Meksika idmançısına məğlub olaraq yarışı ikinci yerdə başa vurub.
Xatırladaq ki, İ.Xəlilov mayın 22-də Mançesterdə keçirilən Avropa çempionatında da ikinci yeri tutub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts