Azərbaycan millisinin rəqibinin baş məşqçisi bəlli olub

Tokio, 27 aprel , /AJMEDIA/

UEFA Millətlər Liqasında Azərbaycanın rəqiblərindən olan Qazaxıstan yığmasının yeni baş məşqçisi bəlli olub.
AJMEDIA xəbər verir ki, milli hazırda Karaqandanın “Şaxtyor” klubuna rəhbərlik edən Məhəmməd Adiyevə tapşırılacaq.
M.Adiyev bu postda Andrey Karpoviçi əvəzləyəcək. Qırx beş yaşlı mütəxəssis “Akjayık”ə 0:1 hesabı ilə uduzduqları VII tur oyunundan sonra klub rəhbərliyi ilə bu məsələ barədə görüşüb.
Qeyd edək ki, Azərbaycan millisi Qazaxıstanla oyunlarını iyunun 3-də səfərdə, sentyabrın 25-də evdə keçirəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts