Azərbaycan millisinin oyunu azarkeşlərin iştirakı ilə keçiriləcək

Tokio, 26 yanvar, /AJMEDIA/

Niderland hökuməti yanvarın 25-də açıqladığı qərarlarla ölkədə tətbiq edilən sərt karantin rejimində yumşalmaya gedib.

Nəticədə azarkeşlər üçün “yaşıl işıq” yandırılıb. Belə ki, hökumət oyunları müəyyən sayda tamaşaçının izləməsinə imkan yaradıb.

AJMEDIA Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, bunu nəzərə alan UEFA bu gündən Niderlandda keçirilən Avropa çempionatının final mərhələsinə bilet satışını bərpa edəcək. Üstünlük əvvəlcədən bilet alanlara veriləcək. Əgər boş yer qalarsa, yanvarın 27-dən həmin yerlər üçün də bilet satışı həyata keçiriləcək. Azarkeşlərin zallara buraxılmasına isə yanvarın 29-da icazə veriləcək. Həmin gün millimiz Amsterdamdakı “Ziggo Dome”də Bosniya və Herseqovina yığması ilə qarşılaşacaq.

Bu gün futzal üzrə Azərbaycan millisi Avropa çempionatının final mərhələsində ikinci oyununu keçirəcək. Komandamız Bakı vaxtı ilə saat 23:30-da İspaniya yığması ilə qarşılaşacaq. Oyun İTV vasitəsilə canlı yayımlanacaq. Niderlandın Qroningen şəhərindəki “Martini Plaza”da keçiriləcək matçın baş hakimi portuqaliyalı Migel Kastilho olacaq. Ona Qabor Kovacs (Macarıstan) və Petar Radojcic (Serbiya) kömək edəcəklər.

D qrupunda mübarizə aparan Azərbaycan millisi ilk oyununda Gürcüstan komandasına 2:3 hesabı ilə uduzub. İspaniya seçməsi isə Bosniya və Herseqovinaya qalib gəlib – 5:1.

Qrupun digər oyununda Gürcüstan millisi Bosniya və Herseqovina yığması ilə münasibətlərinə aydınlıq gətirəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts