Azərbaycan Milli Avarçəkmə Federasiyasının prezidenti dəyişib

Tokio, 22 dekabr, /AJMEDIA/

Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) hesabat-seçki konfransı keçirilib.

AJMEDIA xəbər verir ki, Apasport.az saytının məlumatına görə, iclasda gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.
Sonra AMAF-ın İdarə Heyətinə yeni seçki keçirilib. “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov federasiyanın yeni prezidenti seçilib.

O, bu postda Elçin Zeynalovu əvəzləyib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts