Azərbaycan kuboku: “Zirə” – “Neftçi” oyunu heç-heçə başa çatıb

Tokio, 21 aprel , /AJMEDIA/

Aprelin 20-də futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin digər oyunu keçirilib.
AJMEDIA xəbər verir ki, “Neftçi” səfərdə “Zirə”nin qonağı olub. Zirə İdman Kompleksinin stadionunda baş tutan görüşdə hesab açılmayıb.
Hər iki komanda ehtiyatlı oyuna üstünlük verdiyindən qapılar qarşısında demək olar ki, 100 faizlik qol epizodları olmayıb. Yalnız 81-ci dəqiqədə qonaqların kapitanı Emin Mahmudovun zərbəsi təhlükəli alınsa da, Mehdi Cənnətov rəqibin fərqlənməsinə imkan verməyib.
Yarımfinal mərhələsinin ilk qarşılaşmasında “Qarabağ” Qəbələdə eyniadlı komandaya 3:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, cavab oyunları aprelin 29-da gerçəkləşəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts