Azərbaycan güləşçisi ABŞ-da bürünc medal qazanıb

Tokio, 12 dekabr , /AJMEDIA/

Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov ABŞ-ın Ayova ştatının Koralvill şəhərində keçirilən dünya kuboku yarışında bürünc medala sahib olub.
AJMEDIA xəbər verir ki, dünya yığmasının heyətində yer alan O.Nurmaqomedov (92 kq) B qrupunda yaponiyalı Satoşi Miuraya tam üstünlüklə qalib gəlib – 10:0. Təmsilçimiz iranlı Əmirhüseyn Bığlar Firuzpurbandpeyi isə (10:10) sonuncu xal prinsipinə əsasən məğlub edib. Yaponiyaya (9:1) qalib gəlib, İrana (4:6) uduzan dünya yığması B qrupunda ikinci yeri tutub və bürünc medal uğrunda Gürcüstanla qarşılaşıb. Dünya yığmasının 8:2 hesablı qələbəsində O.Nurmaqomedovun da payı olub. Belə ki, güləşçimiz Miriani Maysuradzeni 3:0 hesabı ilə üstələyib. Beləliklə, yığmamızın üzvü dünya kubokunda üçüncü olub.
Qadınların yarışında isə Jalə Əliyeva (57 kq) bəxtsizliklə üzləşib. Dünya yığmasının heyətində yer alan həmyerlimiz çinli Yonqxin Fenqlə görüşdə hesabda 6:3 öndə olarkən sağ ayağından ciddi zədə aldığı üçün yarışdan erkən çəkilmək məcburiyyətində qalıb.
Qeyd edək ki, sərbəst güləşdə ABŞ, qadın güləşində isə Ukrayna dünya kubokuna sahib olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts