Azərbaycan Basketbol Liqasında XXVI tura yekun vurulub

Tokio, 16 aprel , /AJMEDIA/

Azərbaycan Basketbol Liqasında XXVI tura yekun vurulub.
AJMEDIA xəbər verir ki, bağlanış oyununda “Zirvə Astara” klubu “Olimpik Şəki”ni qəbul edib. Astara Olimpiya İdman Kompleksində keçirilən oyun “Zirvə”nin 92:82 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunda ən məhsuldar basketbolçular “Zirvə Astara”dan Cerret Henderson (26 xal, 14 ribaund), “Olimpik Şəki”dən isə Larri Robinson (27 xal, 9 asist) olublar.
Qeyd edək ki, XXVI turdan sonra “Zirvə Astara” 32 xalla yeddinci, “Olimpik Şəki” isə 28 xalla sonuncu – səkkizinci pillədə qərarlaşıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts