Avstraliyada koronavirusun “XE omikron” ştamına ilk yoluxma halı aşkarlanıb

Tokio, 15 aprel , /AJMEDIA/

Avstraliyada koronavirusun “XE omikron” variantına ilk təsdiqlənmiş yoluxma halı aşkarlanıb.

AJMEDIA xəbər verir ki, bu barədə Avstraliya KİV-i Yeni Cənubi Uels ştatının Səhiyyə Nazirliyinin məruzəsinə istinadla məlumat yayıb.

“Avstraliyada müəyyən edilən ilk XE variantı xaricdən yeni qayıdan şəxsdə aşkarlanıb”, – deyə nazirliyin saytında yerləşdirilən məruzənin mətnində bildirilir.

Avstraliya Səhiyyə Nazirliyinin məlumatına görə, son sutka ərzində ölkədə 54 min 94 nəfər koronavirusa yoluxub və pandemiyanın əvvəlindən bu yana ümumilikdə 5,26 milyondan çox yoluxma halı qeydə alınıb. COVID-19 infeksiyası səbəbindən ölənlərin sayı 6 min 693 nəfərə çatıb, 4,9 milyondan çox insan isə sağalıb. Hazırda 257 min nəfər koronavirusdan müalicə alır. Ölkədə “omikron BA.2” ştamı dominantlıq edir.

Qeyd edək ki, koronavirusun “omikron” ştamının XE variantı ilk dəfə 2022-ci il yanvarın 19-da Böyük Britaniyada aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatının ilkin hesablamalarına görə, koronavirusun yeni variantı indiyədək müəyyən edilən ştamlar arasında ən yoluxucu ola bilər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts