Avropanın aparıcı klubları dünya çempionatında iştirakdan imtina edirlər

Tokio, 13 dekabr , /AJMEDIA/

Avropanın aparıcı futbol klubları 2025-ci ildə ABŞ-da keçirilməsi planlaşdırılan klublararası dünya çempionatında iştirakdan imtina edirlər.
AJMEDIA xəbər verir ki, FIFA rəhbərliyi Qətərdə keçirilən mundialda klub nümayəndələri ilə danışıq aparsa da, əksəriyyətindən müsbət cavab almayıb.
Ali futbol qurumu ABŞ-da 32 kollektivin qatılacağı turnir təşkil etmək niyyətindədir.
2025-ci ildəki yarışa az vaxt qalsa da, çempionatın formatı müəyyənləşməyib. Həmçinin yayımçılar və kommersiya tərəfdaşları ilə danışıqlar başlamayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts