Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında ölkəmizi təmsil edəcək idmançılar Slovakiyaya yola düşüblər

Tokio, 24 iyul , /AJMEDIA/

İyulun 23-də Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında ölkəmizi təmsil edəcək idmançılar Banska Bıstritsaya yola düşüblər.
AJMEDIA xəbər verir ki, Azərbaycan Slovakiyanın Banska Bıstritsa bölgəsində keçiriləcək Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalına 33 idmançı ilə qatılıb. Heyətdə cüdoçular sayca üstünlük təşkil edir. Ölkəmiz bu idman növü üzrə 12 idmançı ilə təmsil olunub. Bundan başqa, gimnastika 5, velosiped və atletikada hər birində 6, tennis və üzgüçülükdə 1, badminton da isə 2 idmançı mübarizəyə qoşulacaq. Ümumilikdə festivalda 50 ölkədən 10 idman növü üzrə 4 minə yaxın 13-18 yaşlı yeniyetmə idmançı iştirak edəcək.
Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalının rəsmi açılışı iyulun 24-də, bağlanış mərasimi isə ayın 30-da keçiriləcək. Festival günlərində idman obyektlərində 1500 yaxın könüllü fəaliyyət göstərəcək.
Qeyd edək ki, Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalı Beynəlxalq Olimpiya Komitəsinin (BOK) himayəsi altında keçirilir və 25 ildən artıq ənənəsi var. Bu festival 13-18 yaş arası gənc idmançılar üçün ilk çoxprofilli Avropa tədbiridir. Olimpiya bayrağı altında keçirilən festival Olimpiya ənənələri ilə zəngindir. Yarış “Parlamağa hazırıq” devizi altında keçiriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts