Avropa çempionatında Azərbaycanı 19 şahmatçı təmsil edəcək

Tokio, 27 fevral , /AJMEDIA/

Martın 3-də Serbiyanın Vrnyaçka Banya şəhərində kişi şahmatçılar arasında şəxsi Avropa çempionatına start veriləcək.
AJMEDIA Azərbaycan Şahmat Federasiyasına istinadla xəbər verir ki, qitə çempionatında ölkəmizi 19 şahmatçı təmsil edəcək. Bunlar Nicat Abasov, Eltac Səfərli, Misrətdin İsgəndərov, Vüqar Əsədli, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Namiq Quliyev, Vüqar Rəsulov, Abdulla Qədimbəyli, Əhməd Əhmədzadə, Ülvi Sadıqov, Xəzər Babazadə, Read Səmədov, Ülviyyə Fətəliyeva, Vüqar Manafov, Nail Bəşirli, Elmar Atakişiyev, Xaqan Əhməd və Şahin Vəliyevdir.
Şəxsi Avropa çempionatında 40 ölkədən 500-dən çox şahmatçının mübarizə aparacağı gözlənilir. Çempionat martın 13-də başa çatacaq.
Qeyd edək ki, “Open” turnir xarakteri daşıyan şəxsi Avropa çempionatında qadın şahmatçıların da iştirakına icazə verilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts