Almaniyada Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş həvəskar boks yarışı keçirilib

Tokio, 19 fevral , /AJMEDIA/

Almaniyanin Halle-Saale şəhərində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş həvəskar boks yarışı keçirilib.
AJMEDIA xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Almaniyanın Maqdeburg şəhərində fəaliyyət göstərən, WBCA (World Boxing Committee H.Aliyev) və yeni təsis olunmuş DBL-nin (Diaspora Boxing League) təşkilatçılığı ilə həyata keçirilmiş boks yarışı tamaşaçılar tərəfindən böyük maraqla izlənilib.
Açılış mərasimində Azərbaycan, Almaniya və Türkiyənin dövlət himnləri səsləndirilib, Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində həlak olanların xatirəsi anılıb.
Yarışda əcnəbi idmançılarla yanaşı, Berlin, Maqdeburq, Leipziq, Nürnberq, Veisenfels, Veisvasder, Ham, Rostok, Podzdam və Halledən olan azərbaycanlı boksçular da iştirak ediblər.
Qalib idmançılar mayın 6-da və 20-də keçiriləcək final və kubok yarışlarında iştirak etmək imkanı qazanıblar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts