AFFA “Səbail” və “Sabah”ın futbolçularını cəzalandırıb

Tokio, 10 fevral , /AJMEDIA/

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
AJMEDIA xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının XXI turunun oyunlarında baş verənlər müzakirə olunub.
“Zirə” – “Qəbələ” matçında 4 oyunçusu sarı vərəqə ilə cəzalanan qonaqlar 800 manat cərimələnib.
“Sabah” – “Səbail” qarşılaşmasında qırmızı vərəqə alan futbolçuların cəzası eyni olub. “Səbail”in kapitanı Rahid Əmirquliyev və “Sabah”ın legioneri Con İrasabal 1 oyunluq diskvalifikasiya edilib. Hər iki klub 200 manat cərimə olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts