AFAD: Malatyada zəlzələ nəticəsində iki nəfər ölüb, 140 nəfər yaralanıb

Tokio, 28 fevral , /AJMEDIA/

Türkiyənin Malatya vilayətinin Yeşilyurt rayonunda baş vermiş 5,6 bal gücündə zəlzələ nəticəsində iki nəfər ölüb, 140 nəfər yaralanıb.
AJMEDIA Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Kahramanmaraş zəlzələsində zədələnmiş 20-dən çox bina çökdüyü, 32 nəfərin dağıntılar altından sağ çıxarıldığı bildirilir.
Zəlzələ fevralın 27-də Türkiyə vaxtı ilə saat 12:04-də (Bakı vaxtı ilə 13:04) qeydə alınıb. Episentri yer səthindən 6,96 kilometr dərinlikdə yerləşən yeraltı təkanlar Malatya ilə yanaşı, ətraf vilayətlərdə -Kahramanmaraş, Gaziantep, Adıyaman və Şanlıurfada da hiss olunub.
AFAD-ın məlumatına görə, son üç həftədə bölgədə 10 min 282 afterşok qeydə alınıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts