ABŞ-ın sabiq prezidenti Bill Klinton xəstəxanaya düşüb

Tokio, 15 Oktyabr, /AJMEDIA/

Oktyabrın 14-də Birləşmiş Ştatların sabiq prezidenti Bill Klinton qanın zəhərlənməsi diaqnozu ilə xəstəxanaya düşüb.

AJMEDIA xəbər verir ki, bunu Klintonun rəsmi nümayəndəsi Anxel Urena bəyan edib. O deyib ki, keçmiş prezident COVID ilə bağlı olmayan infeksiyanın müalicəsi üçün Kaliforniyanın İrvin Universitetinin tibbi mərkəzinə aparılıb.

Urena vurğulayıb: “Klinton sağalır, əhvalı yaxşıdır və ona əla yardım göstərən həkimlərə, tibbi bacılarına, işçilərə çox minnətdardır”.

Amerika KİV-lərində verilən məlumata görə, Klintonu antibiotiklərlə müalicə edirlər və həkimlərin sözlərinə görə, sabiq prezidentin antibiotiklərə reaksiyası müsbətdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts