ABŞ-da qar fırtınası 1500-dən çox aviareysin ləğvi və ya gecikməsinə səbəb olub

Tokio, 25 dekabr , /AJMEDIA/

ABŞ-ın böyük bir hissəsində hökm sürən soyuq hava və qar fırtınası səbəbindən 1500-dən çox aviareys ləğv olunub, yaxud təxirə salınıb.
AJMEDIA xarici KİV-lərə istinadla xəbər verir ki, Nyu-York ştatındakı beynəlxalq hava limanının ən azı bazar ertəsi gününə qədər bağlı qalacağını bildirir. Ştatın qubernatoru vəziyyəti çox ağır adlandırıb və Milli Qvardiyanı səfərbər edib. O, həmçinin federal hökumətə ştatı fəlakət zonası elan etmək üçün müraciət ünvanlayıb.
Qeyd edək ki, hava şəraiti səbəbindən azı 23 nəfər həyatını itirib. Meteoroloqların fikrincə, amerikalıların təxminən 60 faizi təhlükəli hava şəraiti ilə bağlı xəbərdarlıqla üzləşib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts