Tacikistan Qazaxıstana 200 sülhməramlı göndərib

Tokio, 8 yanvar, /AJMEDIA/

Bu gün Tacikistanın Qissar şəhərindəki hava limanından Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində Qazaxıstanın Almatı şəhərinə 200 sülhməramlı göndərilib.

AJMEDIA xəbər verir ki, bu gün səhər saatlarında Tacikistan parlamentinin yuxarı və aşağı palataları – Məclisi Milli və Məclisi Namoyandaqon bununla bağlı qərar qəbul edib.

Qərarda bildirilir ki, tacik sülhməramlıları Almatıdakı məktəbləri, xəstəxanaları və digər sosial obyektləri qoruyacaq. Tacik hərbçilərinə odlu silahdan istifadə etməyə icazə verilməyəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts