Əsrin fəlakəti: Türkiyədə zəlzələ qurbanlarının sayı 40 min 642 nəfərə çatdı

Tokio, 18 fevral , /AJMEDIA/

Türkiyədə əsrin fəlakəti adlandırılan zəlzələ nəticəsində həlak olanların sayı 40 min 642 nəfərə çatıb.
AJMEDIA xəbər verir ki, bu barədə məlumat Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) sədri Yunus Sezer tərəfindən açıqlanıb. O, indiyədək zəlzələ bölgəsindən 430 min nəfərin təxliyə olunduğunu, axtarış-xilasetmə işlərinin sabah sona çatacağını bildirib.
AFAD-ın məlumatına görə, fevralın 6-da Kahramanmaraşda baş vermiş iki dağıdıcı zəlzələdən sonrakı 13 gün ərzində 5 minə yaxın afterşok qeydə alınıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts