Zelenski və Conson Sülh Sammitinin keçirilməsini müzakirə ediblər

Tokio, 22 yanvar , /AJMEDIA/

Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski və Böyük Britaniyanın keçmiş Baş naziri Boris Consonla keçirilən görüşdə “sülh formulu” müzakirə edilib.
AJMEDIA xəbər verir ki, bu barədə Ukraynanın Prezident Ofisinin mətbuat xidməti məlumat yayıb.
Ukrayna Prezidenti britaniyalı siyasətçinin fəal ictimai dəstəyini qeyd edib. “Davosdakı bəyanatlarınızı eşitdim, buna görə təşəkkür edirəm. Ölkəmizi dəstəklədiyiniz üçün sizə təşəkkür edirik”, – deyə Zelenski vurğulayıb.
Görüş zamanı Zelenski və Conson britaniyalı siyasətçinin bu çətin dövrdə Ukraynaya kömək etmək üçün ata biləcəyi əməli addımlar barədə fikir mübadiləsi aparıblar. Xüsusilə, Zelenskinin ötən il G20 liderlərinə təqdim etdiyi “sülh formulu”nun həyata keçirilməsi məqsədilə planlaşdırılan Sülh Sammitinin təşkil olunması məsələsi müzakirə edilib.
“Sülh formulu”nun bəndlərindən biri Ukrayna üçün təhlükəsizlik təminatlarıdır. Əminəm ki, NATO-ya üzvlük bizim üçün ən yaxşı təminat olacaq. Dövlətimizin Alyansa üzv olması fikrini fəal şəkildə təbliğ etmək vacibdir”, – deyə Zelenski əlavə edib.
Prezident cəbhə xəttindəki vəziyyət barədə ətraflı məlumat verib. Zelenski əmin olduğunu bildirib ki, tərəfdaşların güclü dəstəyi sayəsində Ukrayna Rusiya təcavüzünün qarşısını ala və bütün müvəqqəti işğal olunmuş əraziləri azad edə biləcək.
“Rusiyaya əlavə səfərbərlik kömək etməyəcək, ordusunun motivasiyası yoxdur. Lakin bizə daha çox silah – tanklar, təyyarələr, uzaqmənzilli raketlər lazımdır”, – deyə Zelenski qeyd edib.
Xatırladaq ki, Boris Conson Kiyev vilayətində Buça və Borodyankaya səfər edib, Rusiya hərbçiləri tərəfindən ərazilərin zəbt edilməsi zamanı yaşayış məntəqələrinin dağıdılması ilə tanış olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts