Hindistan ilk dəfə Ermənistana hərbi attaşe təyin edib

Tokio, 11 aprel , /AJMEDIA/

Hindistan 10 ölkəyə hərbi attaşe göndərib, bunların arasında Ermənistan da var.

AJMEDIA xəbər verir ki, bu barədə “Press trust of India” nəşri mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Hindistan ilk dəfə hərbi attaşe təyin etdiyi Ermənistanla artıq “Pinaka” raket buraxılış sistemləri, “Akaş” zenit-raket kompleksi və digər silahların tədarükü barədə razılıq əldə edib.

Nəşrin məlumatına görə, Hindistan Ermənistanla yanaşı, Polşa, Filippin və bir sıra Afrika ölkələrinə də ilk dəfə hərbi attaşe təyin edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts