Yunanıstanda qatarların toqquşması nəticəsində ölənlərin sayı artıb

Tokio, 2 mart , /AJMEDIA/

Yunanıstanın Larisa şəhəri yaxınlığında sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində ölənlərin sayı 46-ya çatıb, 57 nəfər yaralanıb.
AJMEDIA xəbər verir ki, Yunanıstanın dövlət televiziyasının məlumatına görə, yaralıların 6-sının vəziyyəti ağırdır. Qəza zamanı baş verən yanğın səbəbindən oradan çıxarılan bəzi cəsədlər tanınmaz hala düşüb. Qəzadan sonra paytaxt Afinada etirazlar başlayıb, nümayişçilərlə polis arasında qarşıdurma yaşanıb. Polis nümayişçilərə qarşı gözyaşardıcı qaz istifadə edib.
Yunanıstan hökuməti ölkə tarixində ən dəhşətli qatar qəzasından sonra üçgünlük matəm elan edib. Bu gün Afina və Salonikidə nümayişlərin keçiriləcəyi gözlənilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts