Yunanıstanda keçirilən festivalda Azərbaycan stendi təqdim edilib

Tokio, 6 sentyabr , /AJMEDIA/

Bu il Yunanıstanın Saloniki şəhərində keçirilən Beynəlxalq Multilinqvizm Festivalında Azərbaycan stendi də təqdim edilib.
AJMEDIA xəbər verir ki, “QALA” Cəmiyyəti Azərbaycan dilində müxtəlif nəşrlər və təqdimatlarla festivalın proqramına qoşulub, Azərbaycan stendi təşkil edib. Cari ildə keçirilən Multilinqvizm Beynəlxalq Dil festivalı Saloniki Şəhər bələddiyyəsinin binasında baş tutub. Azərbaycan stendinə baş çəkən iştirakçılar Azərbaycan dilində kitablar, suvenirlər və informasiya xarakterli broşurlarla tanış oldular və milli suvenir və hədiyyələr qazanmaq imkanı əldə ediblər.
Qeyd edək ki, festival 2013-cü ilin iyun ayından etibarən hər il Saloniki Bələdiyyəsinin Təhsil və İdman Müdirliyi tərəfindən Proqramlar, Öyrənmə Departamenti və Bələdiyyə İnformasiya, Tamaşa və Kommunikasiya Şirkəti (D.E.P.Th.E) tərəfindən təşkil edilir. Festivalda adətən, əcnəbi şəhər birlikləri və icmaları, ölkələrin səfirlikləri və konsulluqları, təhsil işçiləri və məktəblər, institutlar, təhsil və mədəniyyət birlikləri, məktəb-valideyn assosiasiyaları, qeyri-hökumət təşkilatları və s. qurumlar təmsil olunur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts