Birinci Qarabağ müharibəsi dövründə şəhid olmuş və tanınmadan dəfn edilmiş 183 şəxsə aid meyit qalıqları ekshumasiya edilib

Tokio, 30 aprel , /AJMEDIA/

Respublikanın 13 şəhər və rayonunda yerləşən 21 qəbiristanlıqda Birinci Qarabağ müharibəsi dövründə şəhid olmuş və tanınmadan dəfn edilmiş şəhid məzarlarından 183 şəxsə aid meyit qalıqları ekshumasiya edilib.

AJMEDIA xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq idarəsinin böyük prokuroru, birinci dərəcəli hüquqşünas Selcan Familzadə aprelin 30-da keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, aprelin 27-dək ümumilikdə azı 600 şəxsə aid meyit qalıqları aşkar edilərək götürülüb. Onlardan 124-ü 2022-ci ildə, 133-ü 2023-cü ildə, 48-i isə 2024-cü ildə aşkarlanıb.

İstintaq zamanı genetik profilləri çıxarılaraq məlumat bankına yerləşdirilməsi və itkin düşmüş şəxslərin ailə üzvlərindən götürülmüş bioloji nümunələrdən çıxarılan genetik profillərlə eyniləşdirmə aparılması, habelə təqdim edilən sümüklərin insana aid olub-olmaması, neçə şəxsə mənsub olması, ölümün səbəbi və sair sualların aydınlaşdırılması üçün 362 məhkəmə tibbi-kriminalistik ekspertizası, Ermənistan tərəfindən Şuşa və Xankəndi şəhərlərində təhvil verilmiş meyit qalıqları üzrə 54 (1-i 2024-cü ildə), işğaldan azad edilmiş ərazilərdə aşkar edilmiş meyit qalıqları üzrə 71 (20-si 2023-cü ildə, 3-ü isə 2024-cü ildə), ölkə ərazisindəki naməlum şəhid məzarlıqlarında dəfn edilmiş şəxslərin meyit qalıqları üzrə 193 (1-i 2023-cü ildə, 8-i isə 2024-cü ildə) olmaqla, ümumilikdə 318 (21-i 2023-cü ildə, 12-i isə 2024-cü ildə) məhkəmə molekulyar-genetik ekspertizası təyin edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts