Akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyi münasibətilə beynəlxalq elmi-praktik konfrans keçirilib

Tokio, 29 aprel , /AJMEDIA/

Akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr olunmuş “Oftalmologiyanın müasir aspektləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Tədbir Səhiyyə Nazirliyi, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə təşkil edilib.

Mərkəzdən AJMEDIA-a verilən məlumata görə, konfransda çıxış edən akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, professor Elmar Qasımov Azərbaycanın tanınmış oftalmoloq-alimi, akademik Zərifə Əliyevanın oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olduğunu vurğulayıb. Bildirilib ki, Zərifə Əliyeva vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox fundamental tədqiqatların müəllifidir. Akademikin “Gözün və görmə siniri yolunun yaşla əlaqədar dəyişiklikləri”, “Gözün hidrodinamik sisteminin anatomik və fizioloji xüsusiyyətləri”, “İridodiaqnostika”, “Şəkərli diabet zamanı gözün patologiyası”, “Oftalmologiyanın aktual problemləri” və bu kimi digər monoqrafiyaları çap edilib. Ümumiyyətlə, onun 200-ə qədər elmi işi, 14 monoqrafiyası və 12 səmərələşdirici təklifləri var idi. Zərifə Əliyeva yüksəkixtisaslı səhiyyə kadrların hazırlanmasına böyük əmək sərf edib.

Konfransda Milli Oftalmologiya Mərkəzinin və respublikanın digər alimləri və oftalmoloqları öz məruzələri ilə çıxış ediblər. Həmçinin Rusiyadan, Türkiyədən gələn həkim heyətinin məruzələri dinlənilib.

Konfransda “Zirvələrə yüksələn zərif insan ömrü”, “Difraktif ve EDOF göz içi lensleri, kime hangi IOL?”, “Принципы ортокератологии: механизмы действия и клинические результаты”, “Vitreoretinal cərrahiyyədə retinektomiyanın tətbiqi”, “Gözdaxili linzalarda yeni era”, “ROP fəsadları və müalicəsi”, “Kosmetologiyada istifadə olunan lazer cihazlarının görmə orqanına zədələyici təsiri ”, “Использование склеральных линз в сложных случаях аметропии: проблемы, решения, перспективы”, “Viral uveitin müasir risk faktorları” və sair mövzularda məruzələr edilib, müzakirələr aparılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts