Dövlət Komissiyasının nümayəndəsi: Sonuncu itkinin taleyi məlum olana qədər axtarışlar davam edəcək

Tokio, 30 aprel , /AJMEDIA/

“Birinci Qarabağ müharibəsinin qəhrəmanlarından Natiq Qasımovun nəşinin tapılması asan olmayacaq”.

AJMEDIA xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini Eldar Səmədov aprelin 30-da keçirilən brifinqdə deyib.

O bildirib ki, Natiq Qasımov əsir götürülərək beynəlxalq hüquq normalarına zidd üsullarla qətlə yetirilib: “Onun nəşinin tapılması asan olmayacaq. Çünki ona və digər qəhrəmanlara qarşı qeyri-insani davranışlar sərgilənib”.

Eldar Səmədov bildirib ki, Birinci Qarabağ müharibəsində və Vətən müharibəsində itkin düşənlərin, eyni zamanda, Laçında kəskin hava şəraitində itkin düşmüş iki əsgərin axtarışları davam edir. “Sonuncu itkinin taleyi məlum olana qədər proses davam edəcək”, – deyə o əlavə edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts