Yaponiyanın şimalında, gəminin yoxa çıxdığı rayonda doqquz nəfər tapılıb

Tokio, 24 aprel , /AJMEDIA/

Yaponiyanın şimalında yerləşən Hokkaydo adası sahillərində “KAZU 1” gəmisinin yoxa çıxdığı rayonda doqquz nəfər tapılıb.
AJMEDIA xəbər verir ki, bu barədə aprelin 24-də Kyodo agentliyi məlumat yayıb. Bu ərəfədə yeddi nəfərin tapılması barədə məlumat yayılmışdı. Onların huşsuz vəziyyətdə olduğu bildirilir.
Xatırladaq ki, “KAZU 1” gəmisi aprelin 23-də qəza barədə siqnal göndərdikdən sonra onunla əlaqə kəsilib. Gəminin göyərtəsində iki uşaq daxil olmaqla 24 sərnişin olub. Gəmini kapitan və onun köməkçisi idarə edib.
Gəminin qəzaya uğradığı ərazidə hazırda Sahil Mühafizəsi Xidməti və Yaponiya özünümüdafiə qüvvələri axtarışları davam etdirirlər.
Yaponiyanın Baş naziri ölkənin cənub-qərb regionlarına səfərini təxirə salaraq, hadisə ilə bağlı fəaliyyəti əlaqələndirmək üçün təcili Tokioya qayıdıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts