Yaponiyanın Baş naziri ABŞ Konqresində çıxış edəcək

Tokio, 23 fevral , /AJMEDIA/

Yaponiyanın Baş naziri Fumio Kişida Vaşinqtona planlaşdırılan səfəri zamanı ABŞ Konqresində çıxış edəcək.

AJMEDIA Kyodo agentliyinə istinadla xəbər verir ki, Yaponiya hökuməti başçısının Konqresin hər iki palatası qarşısında çıxışı aprelin 11-də baş tuta bilər.

Bir müddət öncə Fumio Kişidanın aprelin əvvəlində ABŞ-a səfər edəcəyi və Prezident Cozef Baydenlə danışıqlar aparacağı barədə məlumat yayılıb. Yaponiyanın Baş naziri Vaşinqtona sonuncu dəfə 2023-cü ilin yanvarında səfər edib.

Ötən ayın sonlarında Yaponiya parlamentinin aşağı palatasının iclasında çıxış edən Fumio Kişida Tokionun Vaşinqtonla müxtəlif sahələrdə münasibətləri gücləndirmək niyyətində olduğunu bildirib. Onun sözlərinə görə, ABŞ-la müttəfiqlik regionda sülh və sabitliyə töhfə verir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts