Yaponiyanın Baş naziri əcnəbi tələbələrin sayının 300 mini ötməsi barədə göstəriş verib

Tokio, 30 avqust , /AJMEDIA/

Yaponiyanın Baş naziri Fumio Kişida ölkənin Təhsil Nazirliyinə əcnəbi tələbələrin illik sayının 300 mini ötməsi üçün yeni proqramın hazırlanması barədə göstəriş verib.
AJMEDIA xəbər verir ki, bu barədə Baş nazir təhsil naziri xanım Naqaoka Keyko ilə aparılan “Gələcək Təhsilin Təşkili Üzrə Şura”nın yaradılması barədə onlayn müzakirə zamanı bildirib.
Baş nazir daha çox əcnəbi tələbənin cəlb olunması üçün daha iddialı planın hazırlanmasına çağırıb.
F.Kişida, həmçinin nazirə həm Yaponiyada təhsil alan əcnəbilərin, həmdə xaricdə təhsil alan yaponların daha rahat iş tapmaları ilə əlaqədar rahat şəraitin yaradılmasını tapşırıb. Bununla yanaşı, Baş nazir Yaponiyada təhsilin daha da beynəlmiləlləşdirilməsi ilə bağlı yolların araşdırılması barədə göstəriş verdiyi qeyd olunur.
Baş nazirlə onlayn görüşdən sonra təhsil naziri jurnalistlərə bildirib ki, gələn ilin yazınadək hazırlanması nəzərdə tutulan planların müzakirəsinə gələn aydan başlanacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts